Bronlaşdırma
TARIX

SON TARİX

OTAQ
BÖYÜK
UŞAQ

MOBİL

 

Akademik avarçəkmə, kayak və kanoe.

   Yerləşdiyi əlverişli şəraiti ilə kompleksimiz Kür çayının sahilində avarçəkmə va kanoe qayıq idman növləri üzrə idmançılar üçün düşərgələrin və yarışların təşkilinin möhtəşəm keçirilməsini təmin edir. Azərbaycanın ən uzun çayı olan, füsunkar görünüşə malik Kür çayının qış aylarında donmaması və faktiki olaraq Kürün bu hissəsində heç bir su nəqliyyatının keçməməsi yarışların və təlim məşqlərinin rahat  keçirilməsinə imkan yaradır. Azərbaycanın milli komandası ilə birgə bizim kompleksdə həmçinin Rusiya və Ukrayna milli komandaları təlim məşqləri edirlər. Olimpiyadalarda qızıl medal və qələbəIər qazanılmasında sizlərə xidmətlərimiz və imkanlarımızla  daim kömək etməyə hazırıq.

 Kür çayında yarışlar

  Hər il bizim ənənəyə uyğun olaraq iki beynəlxalq avarçəkmə, kayak və kanoe reqattalarımız keçirilir; mart ayında prezident kuboku, oktyabr ayında isə Mingəçevir reqattası. Ən yüksək nüfuzlu şəxslərin, BKF – nın prezidenti (Beynəlxalq Kanoe Federasiyası), cənab Jose Perurena, Avropa Kanoe Federasiyasının (AKF) prezidenti, cənab Albert Vud, Avropa Beynəlxalq Kanoe Federasiyasının Texniki Direktoru, cənab Csaba Szantovə bir çox tanınmış  nüfuzlu şəxslərin qonağımız olması bizim üçün böyük şərəfdir.

Qayıq anqarı

  Qayıq anqarı, avarçəkmə və digər qayıqların əla şəraitdə saxlanması üçün vacib olan beyəlxalq  standartlara cavab verən avadanlıqlarla təmin olunub. Qayıq anqarı altı anqardan üç avarçəkmə və  üç kayak- kanoe, bir konsept otağı, bir məşqçi otağı və paltar dəyişmə otaqlarındanibarətdir.