Bronlaşdırma
TARIX

SON TARİX

OTAQ
BÖYÜK
UŞAQ

MOBİL

 İdman zalı ərazisi

İdman zalının təklif etdiyi imkanlar sayəsində siz bir çox idman növü ilə professional məşğul ola, yaxud sadəcə dincələ bilərsiniz. Bu idman zalı voleybol, həndbol, basketbol, futzal və digər idman növləri üçün münasibdir. İdman zalı binasında yerləşən trenajor zalında isə siz təcrübəli idman mütəxəssislərin sayəsində artıq çəkilərdən azad olmağa, əzələ kütləsinin formalaşmasına və gümrahlığınızın artmasına nail ola bilərsiniz. Fərqindən asılı olmayaraq həm professional idmançıların təlim məşq toplantıları, həm də adi həvəskar idmançı və sakinlərin əyləncəsinin təşkili baxımından idman zalı əvəzolunmaz yerdir.

 
 İdman zalının təklif etidyi xidmətlər:
 
         ·  Bir çox idman növləri üzrə qapalı zal 
         ·  Trenajor zalı
         ·  Rahat və geniş geyim otaqları
 
Məşğul ola bilərsiniz :
 
        ·  Basketbol 
        ·  Voleybol 
        ·  Həndbol
        ·  Futzal
        ·  Ağırlıq qaldırma
        ·  Badminton
        ·  Cüdo
        ·  Güləş
 
İdman zalı
 
       ·  Olçü: 46m x 24 m.
       ·  Tamaşaçı tutumu: 391

 
 
İş qrafiki : Gündəlik : 07:00 dan 22:00 a qədər